Xəbəri Kokpitdə Oxuyun!

Formula 1 PepsiCO ilə anlaşıb

Formula 1 Dünya səviyyəsində tanınan qida və içki şirkəti PepsiCo ilə yeni tərəfdaşlıq qurub. Tərəflər 2030-cu il mövsümünə qədər müqavilə bağlayıblar.

Kokpit.az bildirir ki, müqaviləyə görə PepsiCo-nun əsas məhsulları Formula 1 dünyasında daha yaxşı görünəcək. Sting Energy isə Formula 1-in rəsmi enerji içkisi, Gatorade isə Formula 1 Sprint formatının rəsmi tərəfdaşı olacaq. Doritos isə “Formula 1-in rəsmi duzlu məzə ortağı” statusunu alıb.

Formula 1-in rəhbəri Stefano Domenikali: “Bu gün iki əfsanəvi və köklü qlobal markanın tərəfdaşlığını qeyd edirik. Bu parlaq tərəfdaşlıq ənənə və yeniliyi bir araya gətirəcək. Bu da heyranlarımız və istehlakçılarımız üçün həyəcan, əyləncə və unudulmaz təcrübələr təqdim edəcək.

PepsiCO Formula 1-in qlobal platformasından istifafə edərək, yeni kütlələrə çatacaq. Biz isə onların enerjisindən, bənzərsiz məhsullarından və sadiq heyranlarlndan faydalanacağıq.

PepsiCO yaradıcılıq keçmişinə və həyatın xüsusi anlarını qeyd etmək bacarığı ilə bu yolda ən ideal ortaqdır”.

Qeyd edək ki, PepsiCO-nun məhsulları gələn ildən etibarən həm yarış həftəsonlarında, həm də qlobal Formula 1 tədbirlərində daha çox qarşımıza çıxacaq.

Rauf Hacıyev

Şərh əlavə et