Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Monako Mario Kart kimidir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, icbari iki pit-stoplu strategiyaya baxmayaraq Monakoda yarışmaq mümkünsüz olub.

Kokpit.az xatırladır ki, 2024-cü ildə Monako yarışında ilk 10 sürücü başladığı yerdə bitirmişdi. Buna görə də FİA yarışı daha maraqlı etmək üçün bu ik icbari iki pit-stop qaydası qoymuşdu.

Yeni qaydalarla komandalar fərqli və daha əvvəl görmədiyimiz taktikalarla yarışmağa başladılar. RB və Williams-ın sürücüləri komanda yoldaşlarına boşluq yaratmaq üçün bilərək yavaş gediblər.

Bundan başqa Maks Ferstappen ikinci pit-stopu ən sonuncu dövrəyə saxlayaraq, qırmızı bayraq gözlədi. Lakin bu reallaşmadı.

Yarışdan sonra danışan Maks Ferstappen bildirib ki, FİA və Formula 1 Monako yarışını maraqlı etmək istəsə də, bu, gözlənilən effekti verməyib: “Burada ötmə etmək mümkünsüzdür. Nə etsəniz də fərqi yoxdur. İstəyirsiniz bir. istəyirsiniz on pit-stop edin. Heç nə dəyişmir.

Yarışın sonunda liderliyə yüksəldim. Təkərlərim tamamilə yeyilmişdi, amma yenə də heç kim məni keçə bilmədi. Müasir Formula 1 maşınları ilə burada ancaq Formula 2 maşınını keçə bilərsiniz. Bunu anlayıram, amma bu sistem işləmir.

Elə bil ki, Mario Kart oynayırıq. Bəlkə növbəti yarışda maşına bir neçə detal da əlavə edib, ətrafa banan qabıqları atarıq”.

Rauf Hacıyev

Şərh əlavə et