Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Boşluğa düşdüm

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Monakoda nə üçün mübarizə apardığını bilməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monako yarışına yeddinci yerdən başlasa da, finişə beşinci yerdə çatıb və Monte Karlodan 10 xalla ayrılıb.

O, yarışda düzgün strategiya seçərək, Ayşaq Hajar və Fernando Alonsonu geridə qoyub. Lakin əfsanəvi sürücü yarışdan sonra Ferrari-nin strategiyasını tənqid edib.

Lyuis Həmilton: “Yarışla bağlı bir söz deyə bilmərəm, çünki özüçü heç bir yerə aid hiss eləmədim.

Yarışa yeddinci yerdən başladım və uzun müddət iki maşının arxasında qaldım. Sonda onları keçsəm də, sözün əsl mənasında boşluqda qaldım.

Aradakı fərq çox böyük idi və doğrudan da heç kimlə yarışmırdım. Təhlükəsizıik maşını ya da başqa şey lazım idi, amma olmadı. Adi yarış oldu.

Komandadan gələn məlumatlar da tam dəqiq deyildi. Nə üçün mübarizə apardığımı bilmirdim. Heç nə məlum deyildi”.

Rauf Hacıyev

Şərh əlavə et