Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışda 10-cu yer uğrunda mübarizə apararkən önündəki Aleks Elbon Karlos Saynsa pitə girmək üçün boşluq yaratmağa çalışırdı və buna görə də yavaş sürürdü.
Lakin Mercedes komandasının sürücüsü yarışın 50-ci dövrəsində Növil şikanında trası kəsərək Elbonu keçib. Daha sonra Rassell radiodan bildirib ki, Elbon qeyri-stabil formada sürür və o, qəzanın qarşısını almaq üçün bunu edib. Eyni zamanda komandasına 10 saniyə cəza alsam da, fərq açaram deyib və yerini geri qaytarmayıb.
Ancaq Rassellin bu radio danışığı onun bu hərəkəti bilərək etdiyini isbatlayıb. Buna görə də 10 saniyəlik zaman cəzası yox, daha ağır olan pitdən keçmə cəzası veriblər.
Stüardlar bu qərarı belə açıqlayıblar: “63 nömrəli (Rassell) maşın 10-cu döngədə tras xaricinə çıxaraq 23 nömrəli (Elbon) maşını keçib. Daha sonra yerini geri qaytarmayıb.
Radio danışığında da bu ötməni bilərək etdiyini açıq formada deyib. Çünki o bildirib ki, rəqibi qeyri-stabil sürür və yeri qaytarmaqdansa, cəza almağı aha üstün tutur.
Monakoda belə halların yaşana biləcəyini əvvəldən güman edirik. Buna görə də yarış direktoru Rui Markes stüardların tələbi ilə bütün komandalara 10-cu döngədəki tras xarici ötmələrə görə xəbərdarlıq verib.
Bu xəbərdarlıqda bildirilib ki, standart 10 saniyəlik cəza bəs eləmir və bilərək edilən qayda pozuntusunda ağır cəzaların olacaq. Buna görə də bilərək qayda pozduğu üçün 63 nömrəli maşına pit yolundan keçmə cəzası verilib”.
Qeyd edək ki, Corc Rassell yarışı 11-ci yerdə bitirib.
Şərh əlavə et