Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Monako yarışına 6-cı yerdən başlamışdı. O, bu mövsüm ilk xallarını qazanmağı hədəfləyirdi. Lakin işlər onun istədiyi kimi getməyib və o, mühərrik probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olub.
Fernando Alonso yarışdan sonra bildirib ki, yarışın 15-ci dövrəsində güc qurğusunun elektrik dəstəyini itirməklə 160 at günü əskiklə yarışsa da, yenə də altıncı yeru qorumağa çalışıb: “15-ci dövrədən etibarən batareyam yox idi və yarışın tamamını 160 at gücü əskiklə sürdüm. Monakoda motor gücü heç nəyi həll etmədiyinə görə yerimi qoruya bildim. Hətta belə şəraitdə altıncı yeri də xəyal edirdim. Həftəsonu doğrudan da yaxşı keçirdi. Yarışda da sıralanma turunda sürürdüm. Amma sonda motor tamamilə xarab oldu və mübarizəni dayandırmalı oldum.
Bu, bəxtsizlik deyil. Yekunda motora meteor düşmədi. Motor hazır deyildi və buna görə də xarab oldu. Peletonda 6-7 Mercedes motoru olsa da, mənimkində problem çıxdı. Yəni ki, doğru hazırlanmamışdı”.
Fernando Alonso növbəti İspaniya Qran Prisi barədə də danışıb. Veteran sürücü bildirib ki, Barselona ənənəvi tras olduğu üçün orada real güclərini daha yaxşı biləcəklər: “İspaniyada yenə sınayacağıq. Şəxsən mənim əlimdən şənbə günü qüsursuz dövrə vurmaq gəlir. İmola beşinci, burada altıncı idim, amma yarışda işlər qaydasında getmədi. Barselonada son sessiyaya qalmaq çətin ola bilər. Bəzi şübhələrimiz var, ancaq yenə də əlimizdən gələni edəcəyik.
Yenilikləri Barselonada görməliyik. İmolada Medium təkərlə fərq yaratdıq burada da limitlərdə sürdük. Amma bura Monakodur və şərait normal deyil. Mən səhv etmədim, heç kimlə təmas yaşamadım və performansım yaxşı idi. Mən yaxşı performans göstərsəm, yaxşı nəticələr də gələcək”.
Şərh əlavə et