İdman zalları arasında keçirilən bu unikal yarışda komandalar həm fiziki güclərini, həm də komanda ruhunu nümayiş etdirdi.
Həyəcanlı mübarizənin nəticəsində qalib komandalar aşağıdakı kimi müəyyənləşdi:
1-ci yer – Vikings Hammer
2-ci yer – 1st Fitness
3-cü yer – Gənclik İdman Zalı
Red Bull tarixində ilk dəfə keçirilən bu yarışın ev sahibi məhzAzərbaycan oldu. Tədbir Su İdman Sarayı və DJEVO Sport brendinin dəstəyi ilə baş tutdu.
Yarışın xüsusi qonağı – İordaniyalı Red Bull atleti və CrossFit təlimçisi Amin Atallah iştirakçılarla peşəkar təcrübəsinibölüşərək, yarış boyunca onlara dəstək verdi.
İzləyicilər fərqli məşqlər, komanda qarşılaşmaları və güclü idman ruhu ilə dolu canlı atmosferin şahidi oldular.
Qalib Vikings Hammer komandası isə ölkəmizi 2–5 oktyabr tarixlərində Yunanıstanda baş tutacaq Dünya Finalında təmsil edəcək. Bu möhtəşəm finalda Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan ən güclü komandalar bir araya gələcək. Azərbaycanın adını beynəlxalq səhnədə ucaldacaq Vikings Hammer-ə uğurlar arzulayırıq!
Şərh əlavə et