Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Kaş qazanardıq

Ferrari komandasının sürücüsü Şarl Lekler Monakoda qələbə qazana bilmədiyi üçün çox məyusdur.

Kokpit.az xatırladır ki, monakolu sürücü Momakoda hər üç sərbəst yürüşlərdə birinci olsa da, sıralanma turunda Lando Norrisin gerisində qalmış və ikinciliyə razı olmuşdu.

Bazar günü yarışda heç nə dəyişməyib və Lando Norris yarışı qazanıb. Lekler isə doğma publikası önündə ikinci yerə razı olub.

Şarl Lekler: “Günün sonunda yarışı əldən verdik. Daha yaxşı nəticə qazanmalı idik. Lando bu həftəsonu yaxşı iş gördü və qələbəyə layiq idi.

Keçən il burada qazanaraq uşaqlıq xəyalımı reallaşdırmışdım. Amma bu il alınmadı. Amma hər şeyi nəzərə alsaq, bu nəticə belə gözlədiyimizdən qat-qat yaxşı idi. Bu həftəsonu onluğa düşə bilməyəcəmizi düşünürdüm. Buna görə də ikinci yer yaxşıdır və qələbəyə yaxın idik.

Ümumilikdə yaxşı həftəsonu idi. Ancaq kaş qazana bilərdim”.

Rauf Hacıyev

Şərh əlavə et