Kokpit.az xatırladır ki, Monakoda əksər hallarda yarışın taleyi şənbə günü sıralanma turunda həll olunur. Buna görə də FİA Monako yarışında icbari iki pit-stoplu strategiya tətbiq edəcək.
Lyuis Həmilton: “Məncə, iki pit-stop qaydası keçənilki darıxdırıcı yarışdan daha yaxşı nəticə verəcək.
Keçən il yarışın ikinci dövrəsində təhlükəsizlik maşını çıxdı və sürücülər 70 dövrə ərzində bir təkər dəsti iıə getdi. Bu yeni qayda lotoreya kimidir. Məncə, belə trasda buna ehtiyac var, çünki ötmə etmək mümkünsüzdür. Bu qaydanın yarışa təsirini görmək üçün səbirsizlənirəm.
Yeni qayda hesabına indidən hamı yarışdakı strategiya barədə düşünürlər. Komandaların pitə nə zaman girəcəklərinə qərar vermələri çətin olacaq. Strateqlər bütün gecə paddokda bu barədə düşünüblər.
Belə olan halda komandaya güvənməlisiniz, çünki trasdakı vəziyyətin necə olacağını əvvəldən bilmək çətindir. Eyni zamanda səbirli olmalı və tələsməməlisiniz”.
Şərh əlavə et