Kokpit.az bildirir ki, Oliver Berman yarışdan əvvəl düzülüşə gələn zaman boksdan soyutma avadanlığı ilə birgə çıxıb. Lakin o, pit yolunda maşını saxlayıb və mexaniklər ventilyatoru maşından çıxarıblar.
Lakin stüardlar bu insendent barədə belə dəyərləndirmə veriblər: “Trasın quruluşuna görə maşınlar bir-birlərinə yaxın idilər, amma komanda sürətli davranaraq, vaxtında müdaxilə edib və təhlükəni azaldıb.
Ancaq maşının bu formada trasa çıxarılması doğru deyildi və bu hal həm sürücünün, həm də rəqiblərinin təhlükəsizliyinə təsir edə bilərdi”.
Bu insident trasa çıxma dövrəsində baş verdiyi üçün sərbəst yürüşlərdəki pozuntu kimi dəyərləndirilib. Buna görə də komandaya 5 min avro pul cəzası verilib.
Şərh əlavə et