Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Poula yaxın idik

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Monakodakı performanslarından razı qalıb.

Kokpit.az xatırladır ki, Şarl Lekler Monakoda bütün sərbəst yürüşləri zirvədə tamamlasa da, sıralanma turunda Lando Norrisin gerisində qalıb və ikinciliyə razı olub.

Frederik Vassyör: “Poul çox uzaqda deyildi. McLaren-in təkər strategiyası fərqli idi və məncə, Şarl yaxşı sessiya keçirdi.

İlk dəfə hər şeyi bir araya gətirdik və gördüyümüz işdən yaxşı hiss aldıq. Yarışın çətin keçəcəyini bilirik, çünki iki sürücüyə qarşı bir sürücümüz mübarizə aparacaq”.

Lyuis Həmilton üçüncü sərbəst yürüşlərdə qəza edib.

Frederik Vassyör bildirib ki, bu qəzadan sonra Lyuisin sıralanma turunda iştirak edə bilməyəcəyini düşünüblər: “Sonuncu sərbəst yürüşlərdə bir qəza keçirdi. Buna görə ötürmələr qutusuju, ön asılqanı və arxa asılqanı dəyişdirməli olduq.

Sözün açığı sıralanma 1 saat qalmış maşının hazır olacağına əmin deyildim. Buna görə də yaxşı geridönüş oldu”.

Rauf Hacıyev

Şərh əlavə et