Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Monakodakı sıralanma turunda yeddinci olsa da, Lyuis Həmiltonun startda 3 yer itirməsi ilə yarışa altıncı yerdən başlayacaq.
Sıralanma turunda alınan yaxşı nəticəyə baxmayaraq Fernando Alonso təmkinli danışıb: “Doğrudan da həzz aldım. Monakoda şənbə günü ilin ən xüsusi günüdür. Bazar günü əksər hallarda darıxdırıcı keçir, amma iki pit-stoplu strategiyaya görə bəzi fürsətlər yarana bilər. Yenə də sıralanma turundan həzz aldım. Hər sessiyada limitlərdə sürməyə çalışdım. Xüsusən də birinci sessiya çox stressli idi. Son dövrəyə qədər ilk 15-dən kənarda idik. Amma sonda yaxşı oldu.
Həftəsonu ərzində maşına inamımız artır. Amma sıralanma turunda daha artığını etməlisiniz. Əyləci daha əvvəl istifadə etmədiyini yerdə basırsınız. Döngəni daha əvvəl istifadə etmədiyiniz ötürmə ilə keçirsiniz.
Kor döngələr var, amma mən sezgilərimə güvənirəm. Monakoda və Sinqapurda həmişə yaxşı olmuşam. Ümid edirəm ki, sabahkı yarışdan xalla qayıdarıq”.
Sonda təcrübəli pilot bildirib ki, arxadan başlayan sürücülər gözlənilməz strategiyalarla yarışın bütün balansını dəyişə bilərlər: “Hər şey dəyişə bilər. İlk onluqdan kənarda qalanlar tərs strategiyalardan istifafə edəcəklər. İlk dövrədə pitə girənlər də olacaq, son dövrəyə qədər gözləyən də. Onlar xal barədə düşünmədikləri üçün qırmızı bayraq ya da təhlükəsizlik maşını gözləyəcəklər. Biz isə xal zonasında olduğumuz üçün daha məntiqli, daha standart strategiya tətbiq etməliyik.
Ancaq pit zamanlamasını doğru etməliyik. Əgər önümüzdə itiriləcək heç nəyi olmayan bir rəqibimiz olsa, bütün yarış ərzində onun arxasında qala bilərik. Bəlkə də, yarışı 15-ci yerdə bitirərik. Belə olan halda komanda körpüsü daha çox düşünməlidir. Amma bu hamı üçün keçərlidir. Ümid edirəm ki, hazır olarıq və bir neçə yer qazanarıq”.
Şərh əlavə et