Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Sevinmək üçün tezdir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, onlar Monako Qran Prisinə yaxşı başlasalar da, fikir bildirmək hələ çox tezdir.

Kokpit.az xatırladır ki, monakolu sürücü doğma publikası önündə hər iki cümə sətbəst yürüşlərini də zirvədə bağlayıb. O, birinci sərbəst yürüşlərdə Ləns Strolla təmas yaşayıb və ön qanadını zədələyib.

Şarl Lekler: “Bəlkə yaxşı performans üçün ümidim bir az artıb, amma hələ də buna əmin deyiləm.

Yaxşı hiss etmək üçün çox tezdir, amma cümə günü bizim üçün yaxşı keçdi. Ləns ilə xırda təmas yaşasaq da, daha sonra işlər problemsiz getdi və boliddən razı idim”.

Bu il Monako Qran Prisində qeyri-adi bir dəyişiklik var. Yeni idman reqlamentinə görə bütün sürücülər yarış ərzində ən az iki dəfə pit-stop etməlidirlər.

Buna baxmayaraq Şarl Lekler düşünür ki, əsas sıralanma turunda alınan yaxşı nəticədir: “Bəli, vahid dövrə performansımız yaxşı idi. Bütün təkər tərkiblərində özümü rahat hiss etdim. Bu həmişə yaxşı haldır.

Sıralanma turu burada hər şey deməkdir. Yaxşı nəticə üçün öndə başlamaq şərtdir”.

Rauf Hacıyev

Şərh əlavə et