Kokpit.az xatırladır ki, monakolu sürücü öz publikası önündə favorit olsa da, Lando Norris son cəhdində poulu Leklerin əlindən alıb.
Şarl Lekler: “Həmişə bir az yaxşısını etmək olar, amma bu bizim əldə edə biləcəyimiz ən yaxşı nəticə idi. Atdığım dövrə məncə, doğrudan da yaxşı idi.
İkinci sektorda trafikdə qaldım, amma vəziyyət belədir. Əlbəttə, hazırda çox məyusam.
Bu mövsüm yarış qazanacaq maşınımızın olmadığını bilirik, lakin bu həftə özümüzü yaxşı hiss edirdik. Burada ikinci yerdən başlasaq da, liderliyi əldə etmək çətin olacaq.
Ümumilikdə şəhər tipli trasları sevirəm. Sıralanma turunda əlimdən gələn hər şeyi etməyi, maksimum risk almağı xoşlayıram və bu çox vaxt işə yarayır. Bəzən də yaramır.
Bu gün əldə etdiyim nəticədən qürur duyuram, çünki bu həftəsonunun bizim üçün çətin keçəcəyi gözlənilirdi”.
Şərh əlavə et