Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Stroll startda 3 yer itirəcək

Aston Martin komandasının sürücüsü Ləns Stroll Monakodakı sıralanma turunun ilk sessiyasında Pyer Qaslini əngəllədiyi üçün yarışın startında 3 yer itirəcək.

Kokpit.az xatırladır ki, kanadalı sürücü birinci sərbəst yürüşlərdə Leklerlə təmas yaşadığı üçün yarışın startında bir yer itirmək cəzası almışdı.

Bu gün sıralanma 19-cu yeri tutan Ləns Stroll aldığı bu cəzalardan sonra yarışa ən sonuncu yerdən başlayacaq.

Stüardlar bu barədə belə şərh veriblər: “18 nömrəli maşına (Stroll) 10 nömrəli maşının (Qasli) 10-cu döngədə sürətli dövrədə olduğu ilə bağlı məlumat verilib.

Radio danışıqlardan məlum olur ki, 18 nömrəli maşına o dövrədə daha əvvəl ona yaxınlaşan 44 nömrəli (Həmilton) maşın barədə məlumat verilməyib.

18 nömrəli maşın elə başa düşdü ki, yalnız bir maşını buraxmalıdır. 44 nömrəli maşın onun yanından keçəndən sonra yenidən yarış trayektoriyasına qayıtdı. O, bu anda 10 nömrəli maşının önünü kəsdi”.

Rauf Hacıyev

Şərh əlavə et