Kokpit.az bildirir ki, Ferrari komandası Lyuis Həmiltona səhv məlumat verib və Ferstappenin yavaşladığını deyib. Ancaq niderlandlı sürücü sürətli dövrəsinə davam edirdi.
Lakin sessiyadan sonra stüardlar görüntüləri təhlil ediblər. Məlumatlara baxan və radio danışıqların yazısına qulaq asan stüardlar bu insidentdə Lyuis Həmiltonu günahkar görüblər.
Stüardlar verdikləri raportda bildiriblər ki, bu səhv radio mesaja görə Həmilton yarış trayektoriyasına girib və buna görə də Maks Ferstappen sürətli dövrəsini dayandırmalı olub.
Stüardlar radiodan gələn səhv məlumatı cəzanı yumşaldan səbəb kimi görməyiblər. Beləliklə Lyuis Həmilton sabah yarışın startında 3 yer itirəcək və Monako yarışına 7-ci yerdən başlayacaq.
Şərh əlavə et