Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Səhv etdim

McLaren komandasının sürücüsü Oskar Piastri Monakoda qeyri-stabil həftəsonu keçirsə də, performansından razı qalıb.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Monako Qran Prisinin sıralanma turunda üçüncü yeri tutub.

Oskar Piastri: “Gərgin sessiya idi. Bir az keçən ili xatırlatdı. İlk dövrəm çox yaxşı idi, amma ikinci cəhdimdə Nöbel şikanında bir səhv etdim və orada vaxt itirdim.

Amma mən hələ də öz performansımdan razıyam, çünki onsuz da bu gün Landonu keçmək çox çətin olacaqdı. Onu təbrik edirəm.

İndiyə qədər olduqca qarışıq bir həftə sonu keçirdik, buna görə də pis dövrə vurmadım. Düşünürəm ki, bu həftə sonu bütün karyeramdakından daha çox divarlara təmas etdim.

Ancaq sıralanma turunda özümü daha yaxşı hiss edirdim. Deyərdim ki, bu həftə sonu çox iş gördük”.

Rauf Hacıyev

Şərh əlavə et