Kokpit.az xatırladır ki, Monakoda hər iki cümə sərbəst yürüşlərində də Şarl Lekler hamıdan sürətli olub. Oskar Piastri isə birinci sərbəst yürüşlərdə beşinci, ikinci sərsbəst yürüşlərdə iki ikinci yeri tutub.
Avstraliya pilot ikinci sərbəst yürüşlərin əvvəlində təkərləri bloklayaraq, bariyerlərə çırpılıb və ön qanadını itirib. Buna baxmayaraq o yoluna davam edə bilib.
Oskar Piastri: “Çətin gün idi. Gün ərzində enişli-yoxuşlu performans göstərdik. Amma hər şeyi bir araya gətirəndə maşının tempi yaxşı idi. Ancaq bunu bacarmaq fikirləşdiyiniz qədər asan deyil. Xüsusən də öz adıma çox qeyri-stabil gün keçirdim. Lakin maşının tempi var. Buna görə də beynimi təmizləməyə çalışacağam”.
Gənc sürücü sonda Ferrari-nin tempindən də danışıb: “Ferrari əvvəlki yarışlara nisbətən sürətli görünür. Amma cümə günü olan qeyri-stabillik daha çox mənim tərəfimdə idi”.
Şərh əlavə et