Kokpit.az bildirir ki, Aleks Markes sessiyanın 8-ci dəqiqəsində qəza edib və buna görə də qırmızı bayraqlar çıxıb. Aleks Gresini motosikletindən uçub, amma o ciddi yaralanmayıb. Lakin onun GP24 motosikleti 15-ci döngəmin çıxışında qalıb.
Buna görə də qırmızı bayraqlar sallanıb. Müxaniklər Aleksə motosileti pitə gətirməsi üçün kömək ediblər.
Britaniyada cümə günü hava quru olsa da, gecə yağan yağışa görə motosikleti idarə etmək çətin olub. Trasda quru təkərlərlə sürüş mümkün olsa da, ilişmə zəif olub.
Buna görə də KTM komandasının sürücüsü Pedro Akosta idarəetməni itirərək qəza edib.
Beləliklə, Britaniyada ikinci sərbəst yürüşlərdə Fabio Kuartararo hamıdan sürətli olub. Mark Markes ikinci, qəza etməsinə baxmayaraq özünə gəlib yenidən trasa qayıdan Aleks Markes üçüncü olub.
Beşliyi Maverik Vinyales və Fermin Aldequer bağlayıblar. Françesko Banyaya, Luka Marini və Xoan Mir müvafiq olaraq 6-8-ci yerləri bölüşüblər.
Dünən qəza edərək zədələnən Ai Oqura isə Britaniya Qran Prisindən tamamilə çəkilib.
Şərh əlavə et