Xəbəri Kokpitdə Oxuyun!

Monako F2: Kuş Maini sprintdə qalib gəlib

Formula 2 üzrə Monako Qran Prisinin sprint yarışında Kuş Maini qalib gəlib. Podiumu Qabriel Mini və Lyuk Brouninq tamamlayıb.

Kokpit.az bildirir ki, sprint yarışına Kuş Maini pouldan başlayıb. Lyuk Brouninq ikinci, Qabriel Mini üçüncü, Cek Krouford dördüncü, Arvid Lindblad altıncı, Sebastyan Montoya altıncı, Ricard Fersxur yeddinci, Leonardo Fornaroli səkkizinci yerdən yarışa start veriblər.

Yarışın startında Lyuk Brouninq yerindən pis tərpənib və beşinci yerə geriləyib. Qabriel Mini ikinci yerə yüksəlib. Arvid Lindblad isə startda Cek Krouforda aqressiv hücum edib və iki sürücü təmas yaşayıblar. Lakin Lindblad rəqibinu geridə qoya bilib. Lakin stüardlar bu hücumuna görə isveçli sürücüyə 10 saniyə  cəza veriblər.

12-ci dövrədə Dürksen divara çırpılaraq təhlükəsizlik maşınının çıxmasına səbəb olub. 15-ci dövrədə isə təhlükəsizlik maşını boksa qayıdıb və yarış yenidən başlayıb.

Yarışın geri qalanında ciddi bir hadisə yaşanmayıb.

Beləliklə, Kuş Maini Monakoda sprint yarışının qalibi olub. Qabriel Mini ikinci, Lyuk Brouninq üçüncü yeri tutublar. Beşliyi isə Cek Krouford və Rixard Fersxur bağlayıblar.

Sebastyan Montoya, Rixard Fersxur və 10 saniyə cəza alaraq 3-cü yerdən 8-ci yerə geriləyən Arvid Lindblad yarışda son xalları alan sürücülər olublar.

Rauf Hacıyev

Şərh əlavə et