Məşqlərdə Şarl Lekler fırtınası əsib, lakin hər sessiyada rəqiblər daha da yaxınlaşıblar. Ardıcıl ikiünci həftəsonudur ki, Pirelli ən yumşaq üçlük olan C4, C5 və C6 tərkiblərini gətirir. Bir həftə əvvəl C6-ların performansından heç kim razı deyildi və Monakoda da vəziyyət çox da ürəkaçan olmayıb.
İlk sessiyada Qasli və Kolapinto orta, qalan hamı yumşaq təkərlərlə start verib. Sürücülət təkərləri ideal temperatura gətirmək üçün ardıcıl dövrələr vurublar. Lakin tıxac çoxlarına mane olub. Sessiya Antonellinin qəzası ilə başa çatıb. Mercedes sürücüsü ilk 15-liyə düşsə də, mübarizəni dayandırmalı olub. Ən zəif beşlik Kolapinto, Stroll, Qasli, Bortoleto və Berman olub. Sürətli dövrəni isə 1:11.229-luq dövrə ilə Lekler olub.
İkinci sessiya qəzanın nəticələrini aradan qaldırmaq üçün bir qədər gec başlayıb. Willaims və Ferrari sürücüləri ilə yanaşı Rassell də orta təkərlərlə ilk cəhdinə çıxıb. Rassell motor güc itirdiyi üçün tuneldə dayanmalı olub və qırmızı bayraqlar dalğalanıb. Yaşıl bayraqlardan sonra Elbon, Alonso və Sayns yenə orta təkərləri seçiblər. Norris 1:10.570 ilə ən yaxşı dövrəni vurub. Mübarizəni dayandıran Mercedes sürücüləri ilə yanaşı, Hülkenberq, Tsunoda və Sayns da final sessiyasına keçə bilməyiblər.
Son sessiyada Okon və Elbon Medium, qalanları isə Soft təkərlərlə trasa çıxıblar. Norris ilk cəhddə sürətli olub, Piastri daha sonra onu qabaqlayıb. İkinci cəhdlərdə Lekler liderliyə yüksəlib, lakin ardıcıl dövrələr vuraraq təkərləri ideal vəziyyətə gətirən Norris trasın yeni mütləq rekordunu müəyyən edib – 1:09.954.
Lando Norris mövsümdə ikinci, karyerasında isə 11-ci poulunu əldə edib. Sabah onunla ön cərgəni Şarl Lekler bölüşəcək. Piastri və Həmilton ikinci, Ferstappen və Hacar isə üçüncü cərgədən start alacaqlar.
Bizi çox maraqlı bir Monako Qran Prisi gözləyə bilər. Çünki yarışda hamı mütləq azı 2 dəfə təkər dəyişməlidir və bu müxtəlif strategiyalar görməyimizə gətirib çıxara bilər…
Şərh əlavə et