Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Dəyişikliklər işləmədi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, etdikləri dəyişiklikliklərdən sonra ikinci sərbəst yürüşlərdə geriləyiblər.

Kokpit.az xatırladır ki, dördqat Dünya Çempionu birinci sərbəst yürüşlərdə ikinci olsa da, ikinci sərbəst yürüşlərdə onluğa düşə bilməyib.

Maks Ferstappen: “Monako onsuz da həmişə trafik cəhətdən çətin tras olub, amma bu gün birinci sərbəst yürüşlərdə iki dəfə, ikinci sərbəst yürüşlərdə bir dəfə təhlükəli an yaşandı. Bu ideal deyil. Düzdür, sərbəst yürüşlərdir, ancaq bəzi anlarda sürətlə reaksiya verib, geri çəkilməsən, vəziyyət yaxşı olmaz. Doğrudan da böyük qəzalar yaşana bilər. Yenə də hər şey qaydasında getdi.

Birinci sərbəst yürüşlər bizim üçün çox yaxşı keçdi. Amma ikinci sərbəst yürüşlərdə bolidin limitlərini yoxlamaq üçün bəzi sazlanmalarda dəyişiklik etdik. Bu da bizim işimizi çətinləşdirdi.

Buna görə də döngələrdə istədiyim performansı göstərə bilmədim və ciddi temp itirdik. Dövrəvi nəticəni də yaxşılaşdıra bilmədik.

Ən sürətli olacağımızla bağlı gözləntimiz yoxdur. Ancaq biz dövrəvi nəticəni yaxşılaşdıra bilmədik. Birinci yerə daha yaxın olmağı, əlbəttə, istəyərik. İnanıram ki, bu fərqi bağlayacağıq. Amma Ferrari yenə çox sürətli görünür”.

Rauf Hacıyev

Şərh əlavə et