Kokpit.az bildirir ki, bugünkü bir saatlıq məşq onlara həftə sonunun əsas sessiyası olan sıralanmaya daha yaxşı hazırlaşmaq imkanı verib.
Ən güclü komandaların sürücüləri ənənəvi olaraq sessiyanın ilk 15 dəqiqəsini qaçırıblar. Boksları ilk tərk edənlər sıralanma turunda son mərhələyə qədər gedə biləcəyini gözləməyən, bununla da məşqlərdə daha çox təkər işlədə bilən sürücülər olub. Hülkenberq sessiyanın əvvəlində autsayderlər arasında ən yaxşı vaxtı göstərib, daha sonra liderlər “söhbətə” qoşulub.
Sürücülər Medium və Soft təkərlərlə işləyiblər. Hətta ən yumşaq təkərlərdə belə, sürüşmələrdən şikayətləniblər. Hamı ehtiyatlı sürüb, lakin dar və qısa tras tıxaclarla zəngin olub. Stüardlar sürətli dövrələrin tıxaclara görə yarımçıq qalması hallarına qarşı təmkinli olublar – trasın bu xüsusiyyətini qəbul etmək lazımdır…
Hülkenberq son döngədə sarı bayraqlara səbəb olub. Hacar isə Tsunoda ilə tuneldə toqquşmaqdan yayınıb. Orta təkərlər demək olar ki, yumşaq təkərlər qədər sürətli, amma daha stabil olublar.
Sona 3 dəqiqə qalmış Həmilton 3-cü döngədə qəza edib və sessiya qırmızı bayraqlar altında başa çatıb. Ən sürətli dövrə isə onun komanda yoldaşı Şarl Leklerdən gəlib – 1:10.953. Məşqlər sabah davam edəcək.
Şərh əlavə et