Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Kiçik şeylər nəticəyə təsir edir

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Monakoda hər şeyi bir araya gətirmək çətindir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü birinci sərbəst yürüşlərdə üçüncü, ikinci sərbəst yürüşlərdə isə dördüncü yeri tutub.

Lando Norris: “Bunlar barədə danışmaq çətindir, amma fərqi kiçik şeylər yaradır. Əylənməni, döngə girişlərini, təkərlərin ilişməsini və ümumi hissiyyatı qüsursuz formada tutmaq çox çətindir.

Saniyənin yüzrə biri belə fərq yarada bilir. Buna görə də kiçik çatışmazlıqlar bir yerə yığılaraq nəticəyə təsir edir. Problemin bir cavabı yoxdur. Bir neçə faktorun birləşməsi ilə əmələ gələn tablodur”.

Qeyd edək ki, McLaren Monakoda yaxşı cümə günü keçirməyib. “Narıncılar”ın digər sürücüsü Oskar Piastri birinci sərbəst yürüşlərdə yeddinci, ikinci sərbəst yürüşlərdə isə ikinci olub. Avstraliyalı pilot ikinci sərbəst yürüşlərdə təkərlərini bloklyaraq bariyerlərə çırpılıb və ön qanadını qırıb.

Rauf Hacıyev

Şərh əlavə et