Kokpit.az xatırladır ki, britaniyalı sürücü Monakodakı cümə gününü üçüncü yerdə bağlayıb. Yeddiqat Dünya Çempionu günü birinci yerdə bağlayan komanda yoldaşı Şarl Leklerdən 0.1 saniyə geridə qalıb.
Beləliklə, əfsanəvi pilot Ferrari-yə keçdikdən sonra demək olar ki, ən yaxşı cümə gününü keçirib.
Lyuis Həmilton: “Əla idi. Bura ötmə cəhətdən mövsümün ən əyləncəli trasıdır. Əsl dəlilikdir. Hansı maşında olmağınızın önəmi yoxdur. Əlbəttə, maşınınız sürətlidirsə və yaxşı hiss etdirirsə, işiniz asanlaşar. Amma bu ilişmə ilə, bu sürətlə belə dar trasda sürmək… Elə bil relsin üstündə gedirik.
Trafiə görə birinci sərbəst yürüşlər çətin keçdi. Amma ikinci sərbəst yürüşlər çox yaxşı idi. Bir az zamana ehtiyacım var, çünki Şarl çox sürətlidir. Amma ümumilikdə yaxşı sessiya keçirdik.
Dövrəvi nəticələrə gəldikdə isə sürüş cəhətdən təkmilləşdirə biləcəyim sahələr var. Amma maşın ümumilikdə yaxşıdır. Mühəndislərimiz xırda dəyişikliklər etməlidirlər. Bunları saymasaq, maşında dəyişikliklər etməyəcəyik”.
Şərh əlavə et