Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso sərt cəzalar istəyir

Aston Martin komandasının sürücüsü Fernando Alonso Monakodakı cümə günündən sonra trafikdən narazı qalıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Monte Karloda cümə günü birinci sərbəst yürüşlərdə onuncu, ikinci sərbəst yürüşlərdə yeddinci yeri tutub.

Veteran sürücü cümə günündən sonra əsasən trafikdən narazı qalıb və bildirib ki, bu hal sıralanma turunda çox şeyi həll edə bilər. Buna görə də FİA-dan daha sərt cəzaların gəlməsini istəyir.

Fernando Alonso: “Bu maşınlarla trasda iki maşını yan-yana sığışdırmaq çətindir. Düzdür, sərbəst yürüşlər fərqlidir, amma ümid edirəm ki, şənbə günü sıralanma turunda dah sərt cəzalar tətbiq edilər. Birinci və ikinci sessiyada yaxşı yer tutmaq üçün bu vacibdir.

Bu trasda özünüzə olan inamımızı və ritminizi qorumaq şərtdir. Əks halda səhv payı çoxdur.

Bolidin balansında hər şey yaxşı idi. Xüsusən də ikinci sərbəst yürüşlərdə vəziyyət birinci sərbəst yürüşlərə nisbətən yaxşı idi. Sazlanmalarda bəzi dəyişikliklər etdik. İndi məlumatları təhlil edib, doğru yöndə olub-olmadığımızı dəyərləndirəcəyik. Ümid edirəm ki, şənbə günü bir addım qabağa gedə bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et