Xəbəri Kokpitdə Oxuyun!

Britaniya GP: Aleks Markes sprintdə qalib olub

MotoGP üzrə Britaniya Qran Prisinun sprint yarışında Aleks Markes qalib gəlib.

Kokpit.az bildirir ki, Silverstounda 10 dövrəlik sprint yarışı küləkli havada başlayıb.

Yarışa pouldan başlayan Fabio Kuartararo yaxşı startla yerini qoruya bilib. Aleks Markes ikinci yerini qoruyub. Mark Markes isə Françesko Banyayanı keçərək, üçüncü yerə yüksəlib.

Mark Markes vaxt itirmədən qardaşına hücum edərək keçib. Daha sonra isə Fabio Kuartararonun arxasınca düşüb və onu da geridə qoyaraq liderliyə yüksəlib.

Lakin Mark ikinci dövrədə səhv edərək, Aleks Markesə keçilib və ikinci yerə geriləyib. Bu anda Bred Binder qəza edib.

Arxa tərəfəd isə di Canantonio əvvəlcə Fabio Kuartararonu, daha sonra Françesko Banyayanı keçərək, üçüncü yerə yüksəlib.

Beləliklə Aleks Markes bu il ilk dəfə sprint yarışında qalib gəlib. Mark Markes ikinci, Di Canantonio üçüncü yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et