Xəbəri Kokpitdə Oxuyun!

Sükanda dəyişikliyə doğru: WEY avtomobil brendi Azərbaycanda debüt etdi

Ötən gün Marriott Absheron otelində Çin avtomobil nəhəngi Great Wall Motor (GWM) tərəfindən istehsal olunan premium avtomobil brendi WEY-in təqdimatı keçirildi.

Tədbirə media nümayəndələri, avtomobil ekspertləri, influnserlər texnologiya həvəskarları da daxil olmaqla 200-dən çox qonaq qatıldı.

Təqdimat zamanı WEY brendinin üç əsas modeli nümayişetdirildi:

Flaqman, iri ölçülü krossover WEY 07 PHEV 4WD

 

Texnoloji minivan WEY 80 PHEV 4WD

Orta ölçülü premium krossover WEY 03 PHEV AWD

 

Bu modellər ağıllı idarəetmə, təhlükəsizlik gələcəyin dizaynına yeni baxışı təmsil edir.

GWM-in regional direktoru Kerol Tian çıxışında bildirdi:

Bugünkü tədbir sadəcə yeni avtomobillərin təqdimatı deyil. Bu, ağıllı dəbdəbəli sürücülüyün yeni mərhələsinin başlanğıcıdır. WEY – yüksək performans, təhlükəsizlik texnoloji irəliləyiş fəlsəfəsini özündə birləşdirir. Biz premium brendimizi dinamik şəkildə inkişaf edən innovasiyaları dəyərləndirən Azərbaycan bazarına təqdim etməkdən məmnunuq.

“Azerbaijan Automobiles” QSC-nin baş direktoru Camal Quliyev vurğuladı:

“WEY brendinin ölkəmizdə satışa çıxması Azərbaycan avtomobil sektorunda əlamətdar hadisədir. Biz fəxrlə təqdim edirik ki, bu avtomobillər həm dizayn, həm texnologiya baxımından ən yüksək standartlara cavab verir. Müştərilərimiz premium Avropa sinfinə uyğun komfort təhlükəsizlik səviyyəsini artıq burada əldə edə biləcəklər.”

WEY haqqında:

WEY brendi 2016-cı ildə GWM-in qurucusu Cek Veyin şərəfinə yaradılıb.
Bu, adını yaradıcısından alan ilk Çin premium avtomobil brendidir. WEY — ağıllı hibrid texnologiyalar, zərif dizayn innovativ təhlükəsizlik platforması ilə seçilir.

Rəqibsiz üstünlüklər:

WEY modelləri GWM-in inqilabi HI-4 texnologiyası əsasında yığılır.
H – Hybrid (hibrid), I- Intelligent (ağıllı), 4 – 4WD (dördtəkərdən çəkən) anlayışlarını birləşdirir.
Bu sistem yüksək mühərrik performansı, az enerji sərfiyyatı, maksimum təhlükəsizlik ağıllı idarəetmə ilə seçilir.

WEY Modellərinin Texniki Göstəriciləri

Parametr

WEY 03

WEY 07

WEY 80

Tip

Orta ölçülü SUV

Böyük ölçülü SUV

Miniven (MPV)

Ötürücü

AWD (avtomatik tam ötürücü)

4WD (tam ötürücü)

4WD (tam ötürücü)

Mühərrik

1.5L turbo + 2 elektrik mühərriki

1.5L turbo + 2 elektrik mühərriki

1.5L turbo + 2 elektrik mühərriki

Hibrid sistemi

PHEV (Plug-in Hybrid)

PHEV

PHEV

Ölçülər (mm)

4685 × 1890 × 1730

5156 × 1980 × 1805

5405 × 1960 × 1890

Oturacaq sayı

5 sərnişin (2 sıra)

6 sərnişin (3 sıra)

6 sərnişin (3 sıra)

Batareya / Güc

27.54 kWh / 383 a.g.

42.50 kWh / 517 a.g.

44.28 kWh / 487 a.g.

Elektrogediş / Ümumi gediş

130 km / 1050 km

201 km / 1140 km

183 km / 935 km

Yanacaq sərfiyyatı(NEDC)

1L / 100 km

0.2L / 100 km

0.2L / 100 km

0-100 km/s sürətlənmə

6 saniyə

4.9 saniyə

5.9 saniyə

Qiymət

54,900 AZN

81,900 AZN

102,000 AZN

Kredit Lizinq Şərtləri:

Rəsmi diler GWM avtomobillərini sərfəli kredit lizinq imkanları ilə təklif edir:

Kredit: ilkin ödəniş – 20%, illik faiz – 12%, maksimum müddət – 60 ay
Lizinq: ilkin ödəniş – 10%, illik faizadaptiv sistem

Zəmanət:

ZƏMANƏT rəsmi distribyutor “Azerbaijan Automobiles” QSC tərəfindən verilir8 il ya 160 000 km (rəsmi yolla alınmış avtomobillər üçün).

Şirkət haqqında:

“Azerbaijan Automobiles” QSC — Azərbaycanda GWM (WEY, Haval, Tank, Poer, Ora), Bentley Volkswagen markalarının rəsmi distribyutorudur.

Əlaqə məlumatları:

Satış mərkəzi: Babək prospekti 282, GWM Avtosalon
Telefon: *7999 / +994 55 678 24 24
WhatsApp: +994 55 678 24 24
Sayt: https://gwm.az
Test sürüşünə yazıl: https://gwm.az/test-drive/
WEY təqdimatından video

 

Rauf Hacıyev

Şərh əlavə et