Kokpit.az xatırladır ki, Ferrari mövsümə yaxşı başlamayıb və geridə qalan 7 yarışda sadəcə 1 dəfə podium görüb. Üstəlik İmoladakı sıralanma “qırmızılar” iki sürücüsü ilə də son sessiyaya qala bilməyiblər.
Buna baxmayaraq Şarl Lekler komandadan ayrılmağı düşünmədiyini deyib: “Biz hamımız komanda olaraq bu il uğura inanırdıq, lakin təəssüf ki, mövsümün əvvəli gözlədiyimizdən də qarışıq keçdi. Mən hələ də ümidimi itirmirəm, çünki çempionat hələ çox uzundur. Keçən il Red Bull mövsümə çox güclü başlasa da, çempionluğu McLaren qazandı. Mən də bu ilin sonuna kimi çempionluq uğrunda mübarizə aparacağam.
Komandadan ayrılmaq fikrim yoxdur. Bu layihəyə inanıram və Fredə güvənirəm. Əlbəttə, biz çətin dövrlərdən keçirik və belə anlarda şübhə etmək asan ola bilər. Amma Ferrari-dən ayrılmaq fikrim yoxdur. Ferrari ilə qalib gəlmək istəyirəm. Bu layihəyə inandığım müddət ərzində burada qalacağam və həqiqətən də onlara güvənirəm”.
Şarl Lekler sonda Ferrari komandasının rəhbəri Frederik Vassyörə olan inamını da qeyd edib: “Fredə tamamilə güvəndiyimi həmişə demişəm və doğrudan da inanıram ki, Ferrari-ni zirvəyə apara biləcək tək adam odur. O, Ferrari-ni yenidən qazanan komanda edə bilər. Bunu həmişə demişəm və ümid edirəm ki, bir yerdə işləyərək Ferrari-ni yenidən zirvəyə qaytaracağıq”.
Şərh əlavə et