Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Stroll yarışın startında 1 yer itirəcək

Aston Martin komandasının sürücüsü Ləns Stroll Monako Qran Prisinin birinci sərbəst yürüşlərində Şarl Lekleri əngəllədiyi üçün yarışın startında bir yer itirəcək. 

Kokpit.az xatırladır ki, monakolu sürücü sessiyanın doqquzuncu dəqiqəsində sürətli dövrəsində gedərkən rəqibi Ləns Strolla arxadan çırpılıb. Kanadalı sürücü qızdırma dövrəsində olduğu halda qəfildən yarış trayektoriyasına keçdiyi üçün Lekler ona çırpılıb. Monakolu sürücü səy göstərsə də, qəzadan qaça bilməyib. Nəticədə onun ön qanadı qırılıb. Ləns Stroll isə bildirib ki, yarış mühəndisi Leklerin gəldiyi barədə ona məlumat verməyib.

Bu insidentdən sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Lekler yeni ön qanada keçdiyi halda, Strollun maşının arxa asılqanı və ötürmələr qutusu zədələnib. Bua görə də sessiyanı vaxtından əvvəl dayandırmalı olub.

Sessiyadan sonra stüardlar izahat vermələri üçün həm Lekleri, həm də Strollu çağırıblar. Lakin onlar kanadalı sürücünü tamamilə günahkar görüblər. Yekunda onlar Ləns Strolla yarışın startında 1 yer itirmək cəzası veriblər.

 

Rauf Hacıyev

Şərh əlavə et