Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Berman yarışın startında 10 yer itirəcək

Haas komandasının sürücüsü Oliver Berman Monako Qran Prisinin ikinci sərbəst yürüşlərində qırmızı bayraq qaydalarına riayət etmədiyi üçün yarışın startında 10 yer itirmə cəzası alıb.

Kokpit.az bildirir ki, britaniyalı sürücü qırımızı bayraqlar zamanı Karlos Saynsı keçib. O, bu hərəkətinə görə sessiyadan sonra stüardlar tərəfindən çağırılıb.

Qeyd edək ki, ikinci sərbəst yürüşlərdə iki dəfə qırmızı bayraqlar çıxıb. İlk qırmızı bayraq Ayşaq Hajarın qəzasına görə, ikinci qırmızı bayraq isə Oskar Piastrinin bariyerə çırpılmasına görə çıxıb.

FİA trasdakı təhlükəsizliyi artırmaq üçün qırmızı bayraq qaydalarına ciddi nəzarət edir və bu qaydanı pozanlara sərt cəzalar verir.

Bununla da Oliver Bermana yarışın startında 10 yer itirmək cəzası verilib. Britaniyalı sürücünün lisenziyasına eyni zamanda iki cərimə balı yazılıb. Bununla da Bermanın lisenziyasına son 12 ayda 4-cü cəza balı yazılıb.

Rauf Hacıyev

Şərh əlavə et