Kokpit.az bildirir ki, qrup sisteminə görə keçirilən sıralanma turunda Aleks Dyun və Viktor Martins demək olar ki, eyni nəticələri göstəriblər.
Hər iki qrup öz aralarında mübarizə aparıblar və poul iki qrup arasında ən sürətli dövrəni vuran sürücüyə gedib. Bununla da Dyun 1.21.142 zaman nəticəsi ilə Martinsi 0.003 saniyə qabaqlayaraq Monte Karlodakı yarışa birinci yerdən başlamaq hüququ qazanıb.
Bununla da irlandiyalı sürücü keçən həftə İmolada təsadüf nəticəsində qalib gəlmədiyini isbat edib. Lakin Martinsin 1.21.145-lik zaman nəticəsi də təsiredici olub. Bununla da ART komandasının sürücüsü keçən həftə İmoladakı məyusedici performansından sonra yaxşı geridönüş edib.
A Qrupunda Martinsi MP Motorsport sürücüsü Rixard Ferskur izləyib. O, Martinsdən 0.375 saniyə geridə qalıb. Arvid Lindblad üçüncü, Qabriel Mini dördüncü, Kuş Maini beşinci olub.
B Qrupunda isə Dyunu İnvicta Racing-dən Leonardo Fornaroli, Sebastyan Montoya Cek Krouford və Lyuk Brouninq izləyiblər.
Şərh əlavə et