Kokpit.az bildirir ki, bu, həm də pula qənaət məqsədilə edilib, çünki sözügedən dəst yalnız Monakoda işləyir.
Trasın vəziyyəti qənaətbəxş olub. Sürücülər bir qədər sürüşsələr də, tədrican özlərinə inamı bərpa ediblər və sürəti arıtırblar. Lakin heç kim sürətli dövrələrə meyl emtəyib. Onlar olduqca yumşaq təkərlərə və ildə bir dəfə istifadə olunan sazlanmalara alışmalı idilər. Pirelli bura da C4, C5 və C6 təkərlərini gətirib.
Artıq 10-cu dəqiqədə hamı bokslara qayıtmalı olub. Stroll diqqətsizlik edib və Leklerlə toqquşub, nəticədə qırmızı bayraqlar dalğalanıb. Hər iki sürücü yoluna davam edə bilib, lakin qırıntıları təmizləmək lazım gəlib.
Leklerin maşını tez təmir olunsa da, Strollun maşınının arxa qanadını əvəzləmək vaxt alıb və sessiya onun üçün başa çatıb. Daha bir neçə insident olub, lakin sürücülər qəzalardan yayınıblar. Stüardlar onları daha sonra nəzərdən keçirəcəklər.
Sayns, Norris və Bortoleto təhlükəsizlik ciblərinə giriblər, Hacar 15-ci döngədə divara sürtündüyü üçün maşını mexaniklərə göstərməli olub. Həmilton 3-cü döngədə yavaş maşınları vurmaqdan güclə yayınıb. Ümumiyyətlə, tıxac hamıya mane olub.
Keçənilki yarışın qalibi Şarl Lekler ilk məşq sessiyasının protokollarında zirvədə yer alıb – 1:11.964. Sərbəst yürüşlər bu gün davam edəcək.
Şərh əlavə et