Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Ferrari ilə burada olmaq inanılmazdır

Formula 1-in ən böyük əfsanələrindən sayılan Lyuis Həmilton bildirib ki, Ferrari ilə Monakoda yarışacağı üçün həyəcanlıdır. 

Kokpit.az xatırladır ki, Lyuis Hımilton daha əvvəl Monakoda 3 dəfə qalib gəlib. O, bu il ilk dəfə Ferrari ilə Monte Karlonun əfsanəvi küçələrində yarışacaq. Yeddiqat Dünya Çempionu İtalyan komandası ilə Monakoda yarışmağın çox xüsusi olduğunu deyib. 

Lyuis Həmilton: “Buraya Ferrari ilə gəlmək dəlilikdir. Mən bütün həyatım boyu bu trasda Ferrari sürməyin necə olacağını düşünürdüm. Hazırda həqiqətən həyəcanlıyam, yəqin ki, bu gecə yata bilməyəcəm”.

Bu il Monako Qran Prisində qeyri-adi bir dəyişiklik var. Yeni idman reqlamentinə görə bütün sürücülər yarış ərzində ən az iki dəfə pit-stop etməlidirlər.

Bu dəyişikliyin əsas səbəbi isə son illərdə Monakoda azalan ötmə saylarını və strategiya cəhətdən çeşidliliyi artırmaqdır.

Lyuis Həmilton: “Bu, yeni bir şeydir və bunun necə olacağını görmək maraqlı olacaq. Bu, fərqli bir vəziyyətdir, amma mən buna hazıram.”

Sonda Britaniyalı pilot yarışa hazırlıq prosesində mühəndislərin gördüyü işlərdən də danışıb: “İmoladan sonra birinci gün simulyatorda işlədim. Mühəndislərin əməyini danmaq olmaz. Axşam trasda işləyirlər. Sonra evi gedib, sabahsı gün bazada məlumatları təhlil edirlər.

Harada inkişaf etməli olduğumuzu bilirik. Mən də bəzi təkliflər vermişəm. Monako bəlkə də bunları sınamaq üçün ideal tras deyil, amma bu həftəsonu bəzi şeyləri sınayacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et