Kokpit.az xatırladır ki, Britaniya komandası mövsümə yaxşı başlayıb. Onlar keçən həftəsonu İmolada sıralanma turunda hər iki Ferrari pilotunu da geridə qoyublar və yarışda sona qədər podium uğrunda mübarizə aparıblar.
Lakin Williams komandasının hər iki sürücüsü də yarış tempində Ferrari-nin iki pilotundan geridə qalıblar. Elbon yarışı beşinci, Sayns isə səkkizinci yerdə tamamlayıb.
Karlos Sayns: “Monakoda həmişə bir az bəxtə ehtiyac var, lakin bu il şanslarımız bir qədər yüksəkdir. Bir pit-stop əvəzinə iki pit-stopun olması qeyri-müəyyənliyi artırır. Düşünürəm ki, pouldan başlamayan bütün sürücülər bu iki pit-stop strategiyasını məmnuniyyətlə qarşılayacaq
Aydındır ki, biz son iki yarışdan güc alırıq. Mövsümün ilk beş və ya altı yarışında etdiyimiz sazlanmalarla boliddə nəyi bəyənib-bəyənmədiyimi anladım. İndi bunun hesabına biz poula yaxınlaşırıq. Bu hal bizi həftəsonu üçün daha ümidli edir.”
“Ancaq trasın xüsusiyyətləri hələ də çox vacibdir. Imolanın sazlanma paketi Çində işləməzdi. Bəlkə daha rəqabətli olardıq, amma yenə də 0,2-0,3 saniyə geridə qalacaqdıq. Ümid edirəm ki, Monakoda performansımız son iki yarışdakı kimi olacaq, amma bunu ancaq cümə günü biləcəyik.”
Sonda Karlos Sayns Ferrari ilə mübarizə aparıb-aparmayacaqları barədə də danışıb: “Sözün açığı bu bir az da onlardan asılıdır.
Öz sürətimizdən xəbərdarıq. Əksər hallarda pouldan 0.3-0.5 saniyə geridəyik. Ferrari isə bəzi traslarda 0.1-0.2 saniyə fərqlə poulu əldən verir. İmola və Mayamidə sıralanma turunda problem yaşadılar, amma İmolada yarış tempində güclü idilər. Bəlkə də sıralanma turunda yaşadıqları problemlər onları geriyə atır. Ancaq bu mövsüm biz stabilik”.
Şərh əlavə et