Kokpit.az xatırladır ki, Red Bull komandası Monako Qran Prisinə yaxşı başlanğıc edib. Maks Ferstappen birinci sərbəst yürüşlərdə lider Şarl Leklerdən 0.162 saniyə geridə qalaraq ikinci yeri turub.
Kristian Horner: “Keçən ildən qalan dalğalanma problemlərini bir az da olsa, həll edə bilmişik. Əlbəttə, tras sürətlənir və çox dəqiq söz demək çətindir, amma mühəndislər üzərində işləyə biləcəyi bünövrə qura bildilər”.
Bu il Monako Qran Prisində qeyri-adi bir dəyişiklik var. Yeni idman reqlamentinə görə bütün sürücülər yarış ərzində ən az iki dəfə pit-stop etməlidirlər.
Kristian Horner bu qayda barədə də danışıb: “Sıralanma turunda bacardığımız qədət yaxşı nəticə qazanmalıyıq. Daha sonra bazar günü barədə düşünməliyik. İki pit-stoplu strategiya, təhlükəsizlik maşını, havanın vəziyyəti və taktikalara görə lotoreya ola bilər. Strateqlər var qüvvlələri ilə işləyəcəklər və yarışda güclərini göstərəcəklər.
Bu trasda həm Medium, həm də Hard təkərlə uzun dövrələr vurmaq mümkündür. Soft təkərləri sıralanma turu üçün saxlamaq çox vacibdir”.
Red Bull komandasının rəhbəri çempionatdakı vəziyyət barədə də danışıb: “McLaren hazırda hər iki maşını ilə yüksək xallar toplaya bilir. Bizim üçün bu il hər şeydən əvvəl Sürücülər Çempionatı gəlir. Maksın ardıcıl beşinci çempionluğunu görmək bizim üçün xüsusi olar. Hazırda bizim çempionluq şanslarımız var”.
Kristian Horner sonda Red Bull-da 18 il işləyib sonra Aston Martin-ə gedən Ədrian Nyui barədə də danışıb. Nyui bu həftəsonu ilk dəfə Aston Martin-lə Formula 1 yarışına qatılıb və yaşıl paltarda paddoka gəlib: “Onu ilk dəfə yaşıl rəngli paltarda gördüm. Yekə bir həşərata bənzəyirdi. Amma burada olması çox gözəldir. O, əls yarışçıdır. Bir azdan söhbət edəcəyik”.
Şərh əlavə et