Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bu il keçirilən 7 yarışdan da xalsız ayrılıb.
Veteran sürücü keçən həftəsonu İmoladakı yarışa beşinci yerdən başlamış və xal qazanmaq fürsəti tapmışdı. Lakin o, pit-stop etdikdən sonra virtual təhlükəsizlik maşını rejimi başlamış və rəqibləro daha az vaxt itirərək pit etdikləri üçün geriyə düşmüşdü.
Yarışı 11-ci yerdə bitirən Fernando Alonso radiodan komandasına “Mən dünyanın ən bəxtsiz pilotuyam” demişdi.
Fernando Alonso: “Şans ya da uğur kimi şeylərə inanmıram. Bu nəticələrə yəqin ki layiqik. Bu il bir neçə dəfə bəxtimiz gətirmədi. Amma əsl problem rəqabətədavamlı olmamağımızdır.
Siz rəqabətədavamlı olan istəniləm strategiya işə yarayır. Təhlükəsizlik maşını kiçik problemdir. Amma rəqabətədavamlı olmayanda ən kiçik problem belə sizi xallardan edər.
Yeddi yarışda da xal qazana bilərdik. Avstraliyada mənim səhvimlə çınqıllığa düşdük, Çində üç pilot diskvalifikasiya olunsa da, ikinci dövrədə əyləclərim yandığı üçün mübarizəni vaxtından əvvəl dayandırdım. Əksər yarışlarda isə rəqabətədavamlı deyildik”.
Fernando Alonso radio danışığınım ictimaiyyətə yayımlanmasına görə narahat olduğunu və bu sözlərin səhv anlaşıldığını deyib: “Bu cür hallar yaşadığınız halda maşında özünüzü pis hiss edərsiniz. Amma bu mühəndisimə və komandama xüsusi bir mesaj idi.
Bütün həftəsonu ərzində ilk xallar üçün strategiya üzərində işləyirik. Sonra bir cümlə başqa formada yayımlanır, amma bu hal Formula 1-də artıq normallaşıb.
Özümü bəxtsiz pilot kimi görmürəm. İki dəfə Dünya Çempionu oldum, iki dəfə 24 saatlıq Le Man marafonunu qazandım, Dünya Dözümlülük Çempionatının qalibiyəm, Daytona 24 saatda qələbəm var.
Əgər mənim bəxtim yoxdursa, buradakı digər sürücülər nə etsinlər?”
Şərh əlavə et