Kokpit.az xatırladır ki, Maks Ferstappen İmola yarışına ikinci yerdən başlasa da, yaxşı startla rəqibi Oskar Piastrini geridə qoyub və Yaponiyadan sonra mövsümdə ikinci qələbəsini qazanıb.
Helmut Marko: “İmolada sadəcə birinci döngədə yox, ümumi olaraq sürətli idik.
Cümə günü zəif olmağımızın səbəbi yeni detallar idi. Yeni detallar var idi və ilk gündən sazlanma tapmaq asan deyil. Amma artıq əlimizdə sağlam təməlimiz var.
Təhlükəsizlik maşınından sonra 18 saniyəlik fərq silinmişdi, amma Mak restartdan sonra yenidən hər dövrə 1 saniyə fərq açdı. Bumda maşının və yeniliklərin effektini göstərir.
McLaren-lərə qarşı şansımızın olması üçün hər həftəsonu qüsursuz olmalıyıq. Amma 2012-ci ildə yay tətilindən əvvəl 40 xal geridə olsaq da, sonda Dünya Çempionu olmuşduq. Yeniliklər nəhayət ki, işlədi və bu motivasiya ilə Monakoya gedirik”.
Bundan başqa Helmut Marko yarışa pit yolundan başlayıb, sonda 10-cu yeri tutan Yuki Tsunodaya təriflər yağdırıb.
Şərh əlavə et