Kokpit.az xatırladır ki, İmola yarışına Oskar Piastri pouldan başlasa da, Maks Ferstappen onu startda keçmiş və yarışı qazanmışdı.
İndi isə növbədə əfsanəvi Monako Qran Prisi var.
Helmut Marko: “Maşın artıq Maksın isdiyi hər şeyi edir. Bu tamamilə işə yarayan yeniliklərin hesabına oldu.
Lakin bu sadəcə İmola idi. Növbəti Qran Pridə işlər yenə çox dəyişə bilər. Monakoda işlər daha da pisləşə bilər”.
Bütün bu düşüncələrinə baxmayaraq Helmut Marko bildirib ki, Monako trasında sürücünün istedadı daha çox ön plana çıxır: “Qətiliklə elədir. Amma Maks İmolanın startındakı ötməsi ilə ən yaxşı olduğunu yenidən sübut etdi”.
Şərh əlavə et