Xəbəri Kokpitdə Oxuyun!

Nyui Monakoda nə edəcək?

Aston Martin komandasının texniki direktoru Ədrian Nyui bu həftəsonu yeni komandasında debüt edəcək.

Kokpit.az xatırladır ki, aerodinamikanın atası keçən ilin sonunda Red Bull komandasından ayrılmış və Aston Martin-ə keçmişdi. Lakin o, yeni komandası ilə heç bir yarışa qatılmamışdı.

Ancaq Monakoda həsrət sona çatır və Ədrian Nyui ilk dəfə Aston Martin komandası ilə bir yarışa qatılır.

Aston Martin komandasının rəhbəri Endi Kovell: “Ədrian bu həftəsonu burada və yarış həftəsonlarında necə işlədiyimizə nəzarət edəcək.

Maşını necə düzəldirik, strategiyada necə fərqlilik yaradırıq. Ədrian təcrübəsi ilə nələrin yaxşı, nələrin pis getdiyini görə bilər. Bu da bizim güclənməyimiz üçün çox vacibdir, çünki nəyin üzərində işləməli olduğumuzu biləcəyik”.

Lakin Kovell bildirib ki, Ədrianın əsas işi gələnilki maşın üzərində işləməkdir: “Ədrian mart ayında komandaya gələndə ona dedik ki, 2026-cı ilin maşınının düzəldilməsinə kömək etməlisən. Hazırda bunun üzərində işləyir.

Lakin biz onunla təkcə naharda nə yediyi barədə danışmadıq. 2025-ci il bolidi barədə də danışdıq və nəyin problem olacağını müzakirə etdik. Ancaq bu maşının üzərində başqa mühəndis komandamız işləyir.

Ədrianın təcrübəsi, açıq fikirliliyi və yaradıcılığı bütün komandaya kömək edəcək. Daha sürətli maşın istehsal etməliyik, amma hər yarışın son dövrəsinə qədər bu performansı yüksək səviyyədə istifadə etməliyik. Ədrianın komanda qoşulması bu işdə hamıya kömək edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et