Kokpit.az xatırladır ki, italyan sürücü Formula 1 karyerasında ilk dəfə doğma publika önündə yarışsa da, işlər onun üçün qaydasında getməyib. O, əvvəlcə sıralanma turunda 13-cü olub. Yarışın 46-cı dövrəsində isə yaşadığı mexaniki problemə görə mübarizəni vaxtından əvvəl dayandırıb. Bununla da o, Formula 1-dəki ilk ev yarışında həm finişə çata bilməyib, həm də xalsız qalıb.
Kimi Antonelli: “Virtual təhlükəsizlik maşınından sonra iki ya da üç dövrə keşmişdi. Birdğn qaz pedalında problem yaşadım. Sonra bolid tamamilə dayandı.
Güc itirirdim və bəzən sensor düzgün işləmirdi. Əlbəttə, böyük bəxtsizlildir, amma bu tərz hallar yarışlarda baş verə bilər. Bu problem olmasa, tempimiz çox yaxşı idi.
Ancaq hələ də performansımı yaxşılaşdırmalıyam. Xüsusən də isti havalarda yarış tempimi təkmilləşdirməliyəm. Çünki soyuq havada performansım daha yaxşı olur və təkərə nəzarət etmək mənim üçün asanlaşır. İsti havalar üçün öz üzərimdə işləməliyəm.
Böyük ehtimalla performans cəhətdən ən pis həftəsonum oldu. Monakoda özümə gəlmək və daha güclü formada qayıtmaq istəyirəm.
Azarkeşlərin dəstəyi çox xoşuma gəldi. Ancaq enerjimə düzgün nəzarət edə bilmədim və bu da trasdakı performansıma təsir etdi. Bu da mənə çox yaxşı dərs oldu, çünki təsirini hiss etdim.
Trasda çox rahat ola bilmədim. Daha gərgin idim. Buna görə də növbəti ev yarışım üçün doğrudan da yaxşı dərs oldu.
Təbii ki, ümumi tempimiz istədiyimiz səviyyədə deyil, amma azarkeşlərin verdiyi dəstək çox müsbət haldır. Çətin anlara baxmayarqq bu sevgini hiss etmək gözəl idi”.
Şərh əlavə et