Belə ki, bu il Bakı Şəhər Halqasında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub.
Artıq Bakı Şəhər Halqası ətrafında tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran Prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1500 yer artırılaraq 20 mini keçəcək.
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü dörd gün ərzində tribunalardan canlı olaraq 76 000-dən çox azarkeş izləyib.
Hazırlıq işləri ilə əlaqədar olaraq Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Paytaxt sakinlərindən və qonaqlardan bu müddət ərzində anlayış göstərmələri xahiş olunur.
Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 19–21 sentyabr tarixlərində keçiriləcək.
Şərh əlavə et