Kokpit.az xatırladır ki, britaniyalı sürücü İmola yarışına 12-ci yerdən başlayıb. O, startda Hard təkərləri seçib və pit-stopa gec gedib. Yekunda isə yarışı dördüncü yerdə bitirib.
Lyuis Həmilton: “Yarışda dördüncü yeri tutmağı gözləmirdim. Harada bitirəcəyimi bilmirdim, çünki çox geridən başladıq, amma maşın doğrudan da əla idi”.
Yeddiqat Dünya Çempionu Ferrari-nin komanda körpüsünü tərifləyib və yarış mühəndisi Rikkardo Adami ilə aralarındakı kommunikasiyanın gedişatından razı qalıb: “Komanda strategiya cəhətdən əla iş gördü. Səhvsiz işlədilər. Mən sakit idim. Bunun hesabına Rikkardo da sakit idi. Bütün komanda eyni formada idi və strategiyanı qüsursuz formada tətbiq etdilər. Pit-stoplar da əla idi”.
Lyuis Həmilton sonda bildirib ki, təhlükəsizlik maşınına görə vaxt itiriblər və bir neçə dövrə də olsa yarışı podiumda bitirə bilərdilər: “Ümimilikdə əla gün idi. Bir neçə dövrə daha olmasını istərdim. Təhlükəsizlik maşınına görə onları itirdik. Yoxsa podium uğrunda mübarizə apara bilərdik”.
Şərh əlavə et