Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Limitləri aşdım

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, İmola yarışında Aleks Elbonla mübarizəsi limitlərdə olub. 

Kokpit.az xatırladır ki, monakolu sürücü İmola yarışına 11-ci yerdən başlasa da, bir ara podium uğrunda mübarizəyə yaxın olub. Lakin onun təkərləri öldükdən sonra Williams komandasının sürücüsü Aleks Elbonun hücumlarına məruz qalıb. O, taylandlı rəqibini trasdan çıxararaq, yerini qoruya bilib. 

Şarl Lekler: “Bu yarışlardan biridir. Ürəkdən yarışmalısınız və dirsəklərinizi bir az çıxarmalısınız. Belə olan halda limitlərdə gedirsiniz. Bəzən bir az olnları aşırsınız.
Yarışa 11-ci yerdən başladım və içində olduğum vəziyyəti qəbullana bilmədim. Riskə getdim”.
Ferrari komandasının sürücüsü yarışın əvvəlində Pyer Qasli olan mübarizəsindən danışıb. O, Qasli olan mübarizəsini yarış insidenti kimi qəbul etsə də, Elbonla olan mübarizədə limitləri aşdığını qəbul edib: “Pyer ilə olan mübarizəmdə nə səhvvim var nə də limitləri aşdım. Lakin Alekslə ilə olan mübarizədə son həddə idim”.

Rauf Hacıyev

Şərh əlavə et