Xəbəri Kokpitdə Oxuyun!

Bakıda sürətin ritmə çevrildiyi an: Anyma ilə musiqi və avtoidmanın nəfəskəsən gecəsi!

Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq!

Beləliklə, bu ilin ən çox gözlənilən tədbirlərindən biri – Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 – yalnız sürət, rəqabət texnologiya ilə deyil, eyni zamanda qeyri-adi musiqilər ilə yadda qalacaq.

Bu, sadəcə konsert deyil –  reallıqla fantaziyanın sərhədlərini yox edəcək  audiovizual şoudur. Anyma səhnədə təkcə musiqi ifa etmir – o, texnologiya, animasiya, işıq effektləri emosional vizuallar vasitəsilə dinləyicini paralel bir dünyaya aparır. Onun çıxışı, sanki futuristik sənət qalereyasında canlı performansa baxmaq kimidir.

Qran Pri idman yarışı olmaqla bərabər, həm festival abu-havasıdır. Hər il olduğu kimi bu il Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmazanlar vəd edir. Anyma-nın çıxışı bu gecələrin zirvəsi olacaqmotorsportun həyəcanı, şəhərin enerjisi elektron musiqinin hipnozedici təsiri birləşərək epik birtəcrübəyə çevriləcək.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 – 4 günlük bilet sahibləri konsertdə iştirak edəbiləcəklər. Geri sayım artıq başladı! Unudulmaz gecənin bir hissəsi olmaq istəyirsənsə, biletini almağa tələs.

Rauf Hacıyev

Şərh əlavə et