Kokpit.az xatırladır ki, yaponiyalı sürücü İmoladakı sıralanma turunda idarəetməsini itirərək, bariyerlərə çırpılmışdı. Yuki boliddən özü düşmüş və təhlillər üçün tibbi mərkəzə aparılmışdı. Ancaq onun maşını özü qədər sağlam qalmayıb. Buna görə də maşında bəzi şeylər yenidən yığılıb. Bu səbəbdən Tsunoda yarışa pit yolundan başlayacaq.
Tsunodanın komanda yoldaşı Maks Ferstappen isə İmola yarışına ikinci yerdən start verəcək.
Şərh əlavə et