Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Axmaqlıq etdim

Red Bull komandasının sürücüsü Yuki Tsunoda Emiliya Romanya Qran Prisinin sıralanma turunda etdiyi qəzadan sonra məsuliyyəti öz üzərinı götürüb və üzr istəyib.

Kokpit.az xatırladır ki, yaponoyalı sürücü İmoladakı sıralanma turunun birinci sessiyasında RB21-in idarəetməsini itirib və uçaraq bariyerlərə çırpılıb.

Qəzadan sonra Yuki Tsunodanı tibbi mərkəzə aparıblar və müayinədən keçiriblər. Lakin onun sağlam olduğunu və yarışa biləcəyini bildiriblər.

Yuki Tsunoda: “Belə limitlərdə sürmək əsl axmaqlıq idi. Bu həftəsonu işlər çətin keçdi. Boliddə bir neçə sazlanma dəyişikliyi etdik. Buna görə də maşını anlamadan belə sürmək çox lazımsız hərəkət idi. Xüsusən də sessiyanın əvvəlində.

Doğrudan da çox utandım və çox məyus oldum. Əsəbiləşdim”.

Bu qəza Yukinin son 4 ildəki ilk birinci sessiya qəzası olub. O, son dəfə 2021-ci ildə İmolada sıralanma turunda qəza etmişdi.

İndi isə RB21-i yarışa hazırlamaq üçün mexaniklər gərək daha çox işləsin. Çünki maşındakı zədə çox böyükdür.

Yuki Tsunoda: “Hələ komanda ilə danışmamışam, amma edə biləcəyim tək şey onlardan üzr istəməkdir.

Bolid doğrudan da çox zədə alıb. Buna görə də mexaniklər çox işləməlidirlər. Ümid edirəm ki, sabaha qədər hazır olar. Amma bu qəza çox lazımsız hərəkətin nəticəsində oldu”.

Rauf Hacıyev

Şərh əlavə et