Xəbəri Kokpitdə Oxuyun!

Sürətin Evolyusiyası sərgisinin ilk günü geridə qalıb

Mayın 17-də paytaxtın Əziz Əliyev küçəsindən başlayaraq Qoşa Qala qapısının qarşısınadək “Sürətin evolyusiyası” layihəsi çərçivəsində klassik avtomobillərin sərgisi keçirilib.

Kokpit.az bildirir ki, sərgidə Avtomobil tarixinin ikonikləşmiş maşınları olan Ferrari Testarossa, Ferrari Mondial, Ford Mustang, Chevrolet Corvette, Morris Garages, Vaz 21011, Mercedes 190 W121, BMW e28 520i, 1972 model Fiat 500, Bugatty Baby, Volqa Qaz21, Çayka, Porsche 911 kimi avtomobillər nümayiş etdirilib.

Klassik avtomobil həvəskarları onları yaxından görmə şansı olub və maşınlarla şəkil çəkdiriblər.

Bu gün isə “Sürətin Evolyusiyası” sərgisində ikinci gün olacaq və Super Car-lar nümayiş etdiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et