Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Maşın zəifdir

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, Ferrari-nin İmolada geridəqalma səbəbi balans probleminı görə yox, maşının zəif olmasına görədir.

Kokpit.az bildirir ki, Ferrari-nin tarixində ilk dəfə iki maşın da İmolada ikinci sessiyada ələnib və son sessiyaya qala bilməyib. Şarl Lekler 11-ci, Lyuis Həmilton 12-ci yeri tutub.

Şarl Lekler: “İstədiyimiz qədər balansla oynayaq. Günün sonunda yenə də performansımız zəifdir. Bolidin potensialı hazırda bu qədərdir.

Bolidə yeniliklər gələcək, ancaq bu bizim üçün dönüm nöqtəsi olacaqsa, bu möhtəşəm yenilik paketi olmalıdır.

Yarışda möcüzəyə ümid edirəm. Amma düzünü desək, heç ümidim yoxdur.

Belə hallarda ümidinizi yalnız təhlükəsizlik maşınına bağlayırsınız”.

Şarl Lekler sonda Monako Qran Prisi barədə də danışıb: “Monako bolidimizin bütün zəif yönlərini göstərəcək. Çətin həftəsonu olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et