Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Maşın canavara döndü

Red Bull komandasının sürücüsü Maks Ferstappen İmoladakı qələbəsindən sonra bildirib ki, maşın yarışda canavara dönüb.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışa ikinci yerdən başlasa da, startda lider Oskar Piastrini keçib və birinci yerə yüksəlib.

Maks Ferstappen: “Start yaxşı olmasa da, xarici trayektoriyada idim. Yəni ki, normal trayektoriyada. Xarici trayektoriyadan onu keçəcəm dedim və işə yaradı.

Liderliyi aldıqdan sonra maşınımız doğrudan da güclü idi. Cümə günündən etibarən maşınımız inkişaf etdi. Buna görə çox razıyam”.

Maks Ferstappen virtual təhlükəsizlik maşını rejimində pit edərək, liderliyini möhkəmlədib: “Virtual təhlükəsizlik maşını pitə girmək üçün əla an idi. Hard təkərlərdə tempimiz güclü idi. Sonra trasa təhlükəsizlik maşını çıxdı. Məsafələr yenidən qapandı. Amma restartda hər şeyə yaxşı nəzarət etdik.

Komandamla inanılmaz dərəcədə fəxr edirəm. Bizim üçün çox vacib bir həftə idi. Maşın yaxşı performans göstərdi. Pit zamanları və pit-stoplar daxil olmaqla yarışın gedişatı əla idi”.

Rauf Hacıyev

Şərh əlavə et