Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Red Bull çox güclü idi

McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, Red Bull İmolada çox güclü olub.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İmoladakı yarışı ikinci yerdə bitirib.

Lando Norris: “Uzub yarış idi. Ötmə etmək asan deyildi, amma əlimizdən gələni etdik. Maks yaxşı iş gördü və ona çata bilmədik”.

Britaniyalı sürücü yarışın sonlarında komanda yoldaşı Oskar Piastri ilə yaşadığı yaxın mübarizədən danışıb: “Oskar ilə yarışın sonlarında kiçik, amma gərgin bir mübarizəmiz oldu. Belə anlar həmişə əyləncəli olub”.

Sonda Lando Norris bildirib ki, İmolada əldə etdikləri ikinci və üçüncü yerlər komanda üçün güclü nəticədir: “Bizim üçün ikinci və üçüncü yer möhtəşəmdir. Əlbəttə, Maks ilə zirvə uğrunda mübarizə aparmaq istərdik, amma onlar bu gün çox yaxşı idilər”.

Rauf Hacıyev

Şərh əlavə et